gototop gototop

Словарь

MAYELƏŞDİRİLMİŞ (MAYE QAZ) NEFT QAZI

(ingiliscə - Liquefied Petroleum Gas, LPG və ya LP - Mayeləşdirilmiş Neft Qazı) neftin çıxarılması və emalı zamanı əldə olunan mayeləşdirilmiş qaz, qaynama nöqtəsi -50 ilə 0°C arası təzyiqli yüngül karbohidrogenlərin qarışığı. Mayeləşdirilmiş qazın bir hissə yüngül karbohidrogenlərin geniş fraksiyasının rektifikasiyası (mayelərin təkrar buxarlanması və buxarların kondensasiyası yolu ilə maye qarışıqların praktik olaraq qaynama temperaturları ilə fərqlənən təmiz komponentlərə ayrılması) prosesində istehsal olunur. Əsasən propan (C3H8) və butan (C4H10), o cümlədən, onların qatışıqları (propan-butan qarışığı adi otaq temperaturunda 3-5 atmosfer təzyiqində maye halındadır) bir neçə atmosfer təzyiqində çox asanlıqla maye halına keçirirlər. Butan-propan qarışığının istilikvermə qabiliyyəti metan qazından 3 dəfə yüksəkdir. Alışqan və partlayıcı təsirlidirlər, karbohidrogenlərə xas qoxuya malik və az zəhərlidirlər, orqanizmə təsirləri baxımından 4-cü sinif təhlükəli maddələrə aiddirlər. Daxiliyanma mühərriklərində yanacaq keyfiyyətində və üzvi sintez üçün xammal kimi istifadə təyinatlıdır. Tərkibi əhəmiyyətli dərəcədə dəyişə bilər. Əsas komponentlər: propan, izobutan və n-butandır. LPG dünyada ən çox istifadə edilən motor yanacağı sırasında üçüncü yeridir. Maksimal tam yanması, az zərərli tullantılı olması və benzinlə müqayisədə yüksək antidetonasiya xassəsinə malikliyi, mühərrik gücününün, istismar keyfiyyətinin artırması və həmçinin xüsusi yanacaq sərfini azaldılması ilə üstünlükləri vardır.