gototop gototop

Словарь

QƏRB İXRAC BORU KƏMƏRİ (QİBK) - BAKI-SUPSA

(ingiliscə - Western Route Export Pipeline - Qərb İxrac Boru Kəməri) Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Səngəçal terminalından başlayaraq Gürcüstandan keçməklə dünya bazarlarına nəqlini həyata keçirən boru xətti. Boru kəmərinin sahibi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətidir - ABƏŞ və Azəri-Çıraq-Dərinsulu Günəşlı - AÇG Hasilatın Pay Bölgüsü Sazışının tərəfdaşları adından onu istismar edir. Məhsuldarlığı 7,1 milyon ton/il, uzunluğu 829 km (Azərbaycan 456 km, Gürcüstan 373 km), boru diametri 530 mm-dir. 1997-1998-ci illər ərzində tikilmiş, xətt üzrə boruların doldurulmasına 1998-ci ildə başlanılmış, Supsada isə ilk neft 1999-cu il aprelində gəmilərə yüklənmişdir. Kəmərin gəmiyükləmə qabiliyyəti 600 min bareldən 1 milyon barelə qədərdir.