gototop gototop

Словарь

KONVERSİYA

(latınca - conversio - çevrilmə) bəzi istehsal obyektlərinin digərləri ilə və ya bəzi qiymətli kağızların digərləri ilə əvəz olunması sahəsində mühüm islahat, əhəmiyyətli yenidənyaranış, şərtlərin dəyişməsi. Konversiyanın əsas növlərinə aid olunur: valyutaların və qiymətli kağızların konversiyası - bir növ valyutanın digərinə və ya bir növ səhmin digərinə mübadiləsi. İstiqrazların konversiyası - borcun ilkin şərtlərinin və ya istiqrazlarının mübadiləsi şərtlərinin Xarici borcun konversiyası - kreditin şərtlərinin qaytarılmasının qaytarılmasının forma və müddətinin, faiz dərəcələri dəyişdirilməsi vasitəsilə dövlətin xarici borcunun ümumi miqdarının azalması, məhdudlaşdırılması. Hərbi istehsalı, müdafiə kompleksinin konversiyası (rekonversiya - əvvəlki halına salmaq) - hərbi məhsul buraxan müəssisənin mülki, dinc məhsullar istehsalına keçməsi, dəyişməsi.