Архив
Словарь
(ingiliscə - surplus value - izafi dəyər) əmək prosesi nəticəsində yaranmış yeni dəyərlə onun yaradılmasına sərf edilən işçi qüvvəsinin dəyəri (bir qayda olaraq, əmək haqqı formasında ifadəsini tapır) arasındakı fərq. Başqa sözlə, izafi dəyər - işçinin əməyi ilə yaradılmış dəyərinin onun buna görə aldığı ödənişin və ya əmək haqqının dəyərini üstələməsidir. İzafi dəyər yalnız mənfəətin deyil, həm də bütün növ vergilərin, akiz və rüsumların, renta və faizlərin əsasını təşkil edir. İzafi dəyər anlayışı Karl Marks (1818-1883) təfəfindən onun məşhur “Kapital” əsərindən dövriyyəyə daxil olmuşdur və marksist iqtisadi nəzəriyyənin əsas anlayışlarından biridir. K.Marks göstərmişdir ki, kapitalist istehsal üsulunda izafi dəyər kapitalist tərəfindən mənfəət formasında mənimsənilir ki, bu da işçilərin istismarı kimi səciyyəsini tapır. İzafi və zəruri əmək arasındakı fərqi o istismar və ya izafi dəyər norması adlandırmışdır. İzafi dəyəri əlavə edilmiş dəyər və ya əlavə dəyərdən fərqləndirmək gərəklidir.