gototop gototop

Словарь

İSTEHSAL

(ingiliscə - production - istehsal) resursların hazır məhsula çevrilməsi, insan cəmiyyətinin mövcudluğu və inkişafı üçün zəruri həyati rifah məhsul və materiallarının yaradılması prosesi. Ən müxtəlif formalarda (natural kəndli təsərrüfatlarından iri seriyalı məhsul buraxan müasir emal sənayesi müəssisələrinə kimi) reallaşdırılır. İstehsal prosesində istifadə olunan resurslar istehsal amilləri olaraq özündə əmək, kapital, torpaq və xammalı uzlaşdırır.