Архив
Словарь
İNHİSARÇI ÜSTÜNLÜK NƏZƏRİYYƏSİ
(ingiliscə - theory of monopolistic advantages - İnhisarçı üstünlük nəzəriyyəsi) beynəlxalq biznesdə xarici parametrlərə köklənmiş şirkətlərin nə üçün yerli rəqiblərlə rəqabət apara bilməsini izah edən yanaşma. Nəzəriyyə xarici müəssisələrin bazara daxil olmasında maneələrin mövcudluğu zəmində qurulur. Belə maneələrlə bazar iştirakçıları tərəfindən ayrı-seçkilik, yüksək risk səviyyəsi, böyük coğrafi məsafələrin yaratdığı çatışmazlıqlar; sosiomədəni amillər və s. aid edilir. Kanada iqtisadçısı Stiven Herbert Haymerin (1939-1974) ingilis iqtisadçısı Çarliz Pur Kindilberqerin (1910-2003) və onların tərəfdarlarının adları ilə bağlıdır. S.Haymer və onun ardıcılları birbaşa xarici investisiyaları qeyri-mükəmməl rəqabətlə əlaqələndirmişlər.