Архив
Словарь
İQTİSADİ DİNAMİKA NƏZƏRİYYƏSİ
(ingiliscə - theory of dynamics economic - iqtisadi dinamika nəzəriyyəsi) dinamikanın iqtisadiyyatın vəziyyəti ilə əlaqələndirildiyi nəzəriyyə. Burada məhsul buraxılışının səviyyəsi nə epizodik və nə də tsiklik olmadan uzunmüddətli mərhələ ərzində dəyişir. Dinamikanın şərhi ilə bağlı elmi müddəalar ingilis iqtisadçısı Ser Roy Forbs Xarrodun (1900-1978) 1948-ci ildə nəşr etdirdiyi “İqtisadi dinamika nəzəriyyəsinə görə” əsəri ilə geniş dövriyyəyə çıxmışdır.