gototop gototop

Словарь

İKİNCİ DÜNYA

(ingiliscə - Second World - İkinci Dünya) beynəlxalq münasibətlərin üç siyasi-iqtisadi dünyadan ibarət olduğunu təsdiqləyən Çin kommunist lideri Mao Tszedun (1893-1967) adı ilə bağlı nəzəriyyədə Ikinçi Dünya kateqoriyası ölkələri. Aralıq güclər adlanan İkinçi Dünya kateqoriyası Yaponiya, Avropa, Avstraliya və Kanada kimi ölkələri ehtiva edir. Fransız demoqrafı və iqtisadçısı Alfred Sovi (1898-1990) tərəfindən işlənərək 1952-ci ildə dövriyyə buraxılan modeldə isə İkinci Dünya ölkələri kimi SSRİ və onun müttəfiqləri nəzərdə tutulur.