gototop gototop

Словарь

İCMALARIN (ORTAQLARIN) FACİƏSI

(ingiliscə - tragedy of the commons - icmaların faciəsi) ümumi olan nemətlərin istifadəsi üzrə ayrı-ayrı fərdlərin ziddiyyətli maraqları ilə bağlı hadisə fərqliliyi, vəziyyət növü. Burada əsas problem olaraq həmin nemətlər tükənməsi çıxış edir və “faciə” onunla bağlıdır ki, iqtisadi resursa azad giriş ondan artıq dərəcədə istifadədə həmin resursun məhvinə və ya tükənməsinə səbəb olur. Termin iqtisadiyyat üzrə ingilis yazıçısı Vilyam Forster Lloydın (1794-1852) Britaniya adalarında mal-qaranın ümumi torpaqda nizamlanmayan örüşünün nəticəsi üzrə irəli sürdüyü hipotetik nümunə ilə bağlı 1833-cü ildə qələmə aldığı pritçadan yaranmışdır. Konsepsiya yüz ildən də çox vaxt keçdikdən sonra 1968-ci ildə artıq məşkunlaşmanın qorxulu fəsadları barədə xəbərdarlıq edən amerikalı ekoloq və filosof Qarret Xardinin (1915-2003) elmi jurnal  üçün yazdığı “İcma faciəsi” (Tragedy of the commons) məqaləsi ilə populyarlıq qazanmışdır. Termin daha çox dayanıqlı inkişafla bağlı istifadə edilir.