gototop gototop

Словарь

HEYDƏR ƏLİYEV ADINA BAKI NEFT EMALI ZAVODU

(ingilscə - The Heydar Aliyev Oil Refinery - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) əsasən Azərbaycan neftini emal edərək avtomobil benzinləri, reaktiv mühərriklər üçün yanacaq, dizel yanacağı, soba mazutu, neft koksu, mühərrik, sənaye, turbin, trasformatorlar üçün müxtəlif yağlar istehsal edən SOCAR-ın struktur bölməsi olan neft emalı müəssisəsi. 1953-cü ildə Yeni Bakı Neftayırma Zavodu kimi yaradılmışdır. 2004-cü ildən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşayır. Zavodun əsas texnoloji sxemi ELOU AVQ-6 elektrik duzlaşdırma, avtmosfer və mazutun vakuum distillə edilməsi blokları olan neftin ilkin emalı qurğusudur. Burada həmçinin katalitik riforminq, tədrici kokslaşma, katalitik krekinq, bitum, yağların kontakt üsulu ilə təmizlənməsi transformator yanğının təmizlənməsi və yağların hidro təmizlənməsi qurğuları da istismardadır. Zavod respublikanın neft məhsullarına olan tələbatını ödəməklə yanaşı neft məhsullarının 45%-ni xaricə ixrac edir. Hazırda Zavodda bitium, Avro-5 standartlarına cavab verən benzin və dizel yanacağının istehsalı üzrə modernizasiya işləri aparılır.