Архив
Словарь
(latınca - energīa - güc sözündən, ingiliscə - energy, energetics, power - güc) insanın təsərrüfat-iqtisadi fəaliyyət sahəsi, bütün növ enerji resurslarının dəyişilməsi, paylanması və istifadəsinə xidmət edən təbii böyük və süni altsistemlərin məcmusu. Energetika istehsalat və digər obyektlərdən istifadə əsasında istehsal prosesində yaranan enerjinin ötürülməsi, paylanması, satışı və istehlakı üzrə kompleks iqtisadi münasibətləri ehtiva edir. Onun məqsədi istehsalı enerji ilə təmin etmək üçün ilkin, təbii enerjini ikinci mərhələ - elektrik və ya istilik enerjisinə çevirməkdən ibarətdir. Bu proses enerji resurslarının alınması, konsentrasiyası, enerji istehsalı və ötrülməsi kimi sahələri özündə birləşdirir. Energetikanın əsas mənbəyi (enerji resursları) olaraq yanacaq (neft, təbii qaz, daş kömür, oduncaq, yanar şistlər, qaz hidratları) və hidroenerji resursları təşkil edir. Enerji istehsalında əsas pay yanacaq enerjisinin yanması ilə onun mexaniki və elektrik enerjisinə çevrilməsinin üzərinə düşür. Buraya daxiliyanma mühərrikləri, elektrik stansiyalarının turbinləri və s. aiddir. Bir sıra yanacaq-enerji resursları qiymətli kimya xammalı kimi çıxış edir. Energetika sahəsində nüvə energetikası çox mühüm əhəmiyyət daşayır. Energetika həm də elektrik və istilik enerjisinin hasilatı, ötrülməsi və istehlakçılara satışını təmin edən sənayenin, genişlikdə isə iqtisadiyyatın bir sahəsi kimi çıxış edir. Ümumiyyətlə, energetika iki nəhəng sahəni - yanacaq sənayesini (müxtəlif yanacaq-enerji resurslarının hasilatı və emalı sahələrinin məsmusu) və elektroenergetikanı əhatə edir. İstənilən dövlətdə enerji istehsal güclərinin inkişafının əsasını təşkil edir.