Архив
Словарь
(ingiliscə - World Petroleum Council, WPC - Dünya Neft Şurası) neft sektorunu dünyada təmsil edən beynəlxalq qeyri-hökumət təşkilatı. 1933-cü ildə təsis edilmişdir. 65 üzv ölkəni, ən nüfuzlu milli neft şirkətlərini, dünyanın tanınmış müvafiq sahəvi agentliklərini özündə birləşdirir və dünyada neft-qaz istehsalçıları və istehlakçılarının 96%-ni əhatə edir. Enerji sahəsində elmi yeniliklərin tətbiqi, texnologiya və informasiya mübadiləsi istiqamətlərində fəaliyyət göstərir və dünyanın neft ehtiyatlarından davamlı, həmçinin hamının rifahına xidmət edəcək şəkildə istifadə olunması məsələlərinə ciddi önəm verir. Qərarları beynəlxalq platforma kimi qəbul olunur. Dünya Neft Şurası Dünya Neft Konqresinin əsas təşkilatçısıdır. 2005-ci ildə təsis edimiş “Azərbaycan Milli Neft Komitəsi” həmin il Yohanezburqda keçirilən Konqresdə Dünya Neft Şurasına üzv seçilmişdir. Mənzil-qərargahı Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşir.