gototop gototop

Словарь

D-8 İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI

(ingiliscə - D-8 Organization for Economic Cooperation - D-8 Iqtisadi Əməkdaşliq Təşkilatı) Banqladeş, İndoneziya, İran, Malaziya, Misir, Nigeriya və Pakiştanı birləşdirən əməkdaşlıq təşkilatıdır. Islam Səkkizliyi və İnkişaf Əməkdaşlıq Konfransı kimi də tanınır. 22 oktyabr 1996-cı ildə o zamankı Türkiyə baş naziri Nəciməddin Ərbakanın (1926-2011) təşəbbüsü ilə yaradılmışdır. D-8 münaqişələr əvəzinə sülh, mübahisələr əvəzinə dialoq, istismar əvəzinə kooperasiyalar, ikili standartlar əvəzinə hüquq, zülm əvəzinə demokratiya və diskriminasiya əvəzinə hüquqi bərabərlik olan qarşılıqlı əlaqə prinsiplərinə əsaslanır. Təşkilatı idarəetmə Sammit, Şura və Kommissiyadan ibarətdir. Ali orqan Sammitdir və o, hər il toplanır. Şura üzv ölkələrin xarici işlər nazirlərindən ibarətdir. Komissiya təşkilatın icra orqanıdır. Buraya Komissiyanın işini yönləndirən kordinatorlar olaraq üzv ölkələrinin nümayəndələri daxildirlər. D-8 ölkələri arasında ticarət dövriyyəsi 2017-ci ildə 100 milyard ABŞ dolları təşkil edib. Bu rəqəmin gələcəkdə 500 milyard ABŞ dollarına çatdırılması hədəflənmişdir. Azərbaycan Respublikası təşkilatda müşahidəçi üzv qismində çıxış edir.