gototop gototop

Словарь

BOĞAZLARIN STATUSU HAQQINDA MONTRE KONVENSİYASI

(ingiliscə - Montreux Convention Regarding the Regime of the Straits - boğazların rejimi haqqında Montre Konvensiyası) Qara dənizdən Aralıq dənizinə keçiddə Türkiyəyə mənsub İstanbul-Bosfor- və Çanqalla-Dardanel boğqazları üzərində onun suverenliyini təmin edən beynəlxalq konvensiya. İsveçrənin Montre şəhərində 1936-cı ilin 22 iyunundən 21 iyuluna kimi keçirilən konfransda qəbul olunmuşdur. 1923-cü il Lozanna müqaviləsi ilə birlikdə imzalanan “Boğazların Sözləşməsi”nin yerinə keçmişdir. Bununla Türkiyə beynəlxalq dəniz hüquqi prinsiplərinin qorunması haqqında öhdəli götürmüşdür. Boğazları xarici gəmilərin üzünə bağlanması tərəflərdən biri müharibə elan etməsi ilə baş verə bilər.