Архив
Словарь
BİRİNCİ DÜNYA
(ingiliscə - First World - Birinci Dünya) beynəlxalq münasibətlərin üç siyasi-iqtisadi dünyadan ibarət olduğunu təsdiqləyən Çin kommunist lideri Mao Tszedunun (1893-1967) adı ilə bağlı nəzəriyyədə Birinci Dünya kateqoriyası ölkələri. Birinci Dünya kateqoriyası fövqəldövlətlər - kapital (kapitalist) imperializmi olaraq ABŞ-ı, sosial (kommunist) imperializm olaraq isə SSRİ-ni ehtiva edir. Fransız demoqrafı və iqtisadçısı Alfred Sovi (1898-1990) tərəfindən işlənərək 1952-ci ildə dövriyyə buraxılan modeldə isə Birinci Dünya ölkələri kimi ABŞ və onun müttəfiqləri nəzərdə tutulur.