gototop gototop

Словарь

BENZİN

(ingiliscə - gasoline - benzin) daxiliyanma mühərrikində istifadə üçün nəzərdə tutulan, 35-2150C temperatur intervalında qaynayan yanacaq. Benzinin alınması üçün xammal qismində neft, neft qazları, qonur və daş kömür, həmçinin yanar şistlər çıxış edirlər. Sıxlığı təxminən 0,71 q/sm3, istiliktörətmə qabiliyyəti təxminən 10 200 kkal/kq, xüsusi aşqarlardan istifadə olunduqda donma tempraturu -720C. Benzin yanacaq kimi, yaxşı buxarlanma qabiliyyətinə, detonasiya qarşı dözümlülüyə, yüksək stabilliyə malik olmalı, metal korroziya səbəb olan birləşmələri, qatranlı çöküntüləri, eləcə də su və mexaniki qarışıqları özündə ehtiva etməməlidir. Benziinin detonasiyaya qarşı dözümlülüyü oktan vahidi ilə ölçülür. Təyinatından asılı olaraq avtomobil və aviasiya benzininə bölünür.