gototop gototop

Словарь

AVTOMOBİL BENZİNİ

(ingiliscə - motor gasoline - avtomobil benzini) yüngül karbohidrogenlərin qarışığından ibarət olub avtomobillərin istismarında istifadə edilən əsas yanacaq növlərindən biri. Oktan ədədini artırmaq üçün tərkibinə aşqarlar, oksigenatlar, tetraetilqurğuşun və tetrametilqurğuşun kimi qurğuşun birləşmələri daxil edilir. Etilləşdirilməmiş (oktan ədədini artırmaq üçün qurğuşun tərkibli birləşmələrin əlavə olmunmadığı) və etilləşdirilmiş (oktan ədədini artırmaq üçün tetraetilqurğuşun və tetrametilqurğuşun əlavələrinin daxil edildiyi) növlərə bölünür.