gototop gototop

Словарь

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞIRKƏTI (ARDNŞ

(ingiliscə - State Oil Company of Azerbaijan Republic, SOCAR Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - ARDNŞ) neft-qaz yataqlarının kəşfiyyatı, hasilatı, nəqli, emalı, istehlakı, neft-qaz kimyası və müvafiq xidmətlər sahəsində şaquli inteqrasiya olunmuş dünyada ən böyük milli neft şirkətlərindən biri. ARDNŞ neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədi ilə Azərbaycan respublika prezidentinin 13.09.1992-ci il Fərmanı ilə “Azərineft” Dövlət Konserninin və “Azərnefkimya” İstehsalat Birliyininin bazasında yaradılmışdır. Audit olunmuş maliyyə hesabatlarına əsasən 31.12.2019-cu il tarixinə SOCAR qrupunun nizamnamə kapitalı 4,323 milyon manat, xalis aktivləri 24 328 milyon manat, gəlirləri 84 milyard manat təşkil etmişdir. İşlənmə zonası 40 quruda, 19-u dənizdə olmaqla respublikanın 59 yatağını əhatə edir. Strateji Yol Xәritәsindә göstәrilir: hazırda dünyada hasil edilәn neftin tәxminәn 0,9%-i Azәrbaycanın payına düşür və artıq 43 milyard barel neft ekvivalenti (BNE) olan karbohidrogen ehtiyatları kәşf olunmuş vә bunlardan 20 milyard BNE çıxarılmışdır. Neft hasiatı - 7,7 milyon ton, qaz hasilatı - 6,8 milyard m3 (2019). ARDNŞ respublikanın neft və neft məhsullarına olan tələbatını ödəyir və İtaliya, ABŞ, İsrail, Fransa, İndoneziya, İspaniya da daxil olmaqla 24 ölkәyә xam neft ixrac edir. ARDNŞ strukturuna 25 hüquqi şəxs statusuna malik olan, 4 hüquqi şəxs statusuna malik olmayan qurumlar (3 istehsalat birliyi, neft və qaz emalı zavodları, Dərin Özüllər Zavodu, 2 trest, Metanol və Karbamid Zavodları, 1 institut, ali təhsil müəssisəsi, idman obyekti və s.funksiyaları icra edən idarələr) fəaliyyət göstərir. SOCAR-da daxili struktur tәşkilatları ilә yanaşı onun tәsisçiliyi ilә yaradılmış birgә müәssisә, alyans Azәrbaycanda vә dünyanın müxtәlif ölkәlәrindә neft-qaz sәnayesinin, demәk olar ki, bütün sahәlәrindә fәaliyyәt göstәrir. SOCAR vә onun törәmә şirkәtlәri 18 hasilatın pay bölgüsü sazişi üzrә 15 ölkәni tәmsil edәn 25 şirkәtlә әmәkdaşlıq edir. Almaniyada nümayәndәlik fəaliyyət göstərir. Türkiyәdә ölkәnin neft-kimya sektorunda yeganә istehsalçısı “Petkim” SOCAR-ın idarәçiliyindәdir. Burada həmçinin illik emal gücü 10 milyon ton netf olan “STAR neft emalı zavodu”, illik yük aşrımı 1,5 milyon ton TEU olan Petkim Konteyner Limanı və illik çücü gücü 51 Mvt olan Petkim Külək Enerji stansiyası fəaliyyət göstərir. ARDNŞ Gürcüstanım neft mәhsullarının pәrakәndә satış bazarının 25%-nә nәzarәti hәyata keçirir və ölkənin qaz tәchizatının 90%-ni tәmin edir. Hazırda burada “SOCAR” brendi ilә 114 yanacaqdoldurma mәntәqәsi və Qara dәniz sahilindә yerlәşәn Kulevi terminalı fәaliyyәt göstәrir. Rusiya istiqamәtindә Bakı-Novorossiysk neft boru kәmәrinin ölkə ərzaisindəki hissəsinə sahibdir, Gürcüstan istiqamәtindә Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan” neft kəməri və “Cәnub Qaz Dәhlizi” layıhəsində paylara malikdir. ARDNŞ qiymətli kağız bazarında nominal dәyәri 1000 ABŞ dolları olan, ümumilikdә 100 milyon ABŞ dollarına malik istiqrazları dövriyyəyə buraxılmışdır. Yüksək ixtisaslı mühəndis, texnik və fəhlə kadrlara malikdir. İşçi sayı 51 258 nəfər (01.01.2020). Baş ofisi Bakı şəhərində yerləşir.