gototop gototop

Словарь

YENİ KLASSİK İQTİSADİ MƏKTƏB

(ingiliscə - neo-classical school of economic - yeni klassik iqtisadi məktəb) qiymətlərin çevikliyi və pulların bitərəfliliyi ilə bağlı klassik modelin müqəddəmələri üzərində qurularaq iqtisadi tərəddüdlərin təhlililinə əsaslanan elmi məktəb. Yeni klassik iqtisadi məktəb iqtisadi tərəddüdlər nəzəriyyəsini, real iqtisadi dövriyyə (tsikl) nəzəriyyəsini, rasionl gözləmə nəzəriyyəsini ehtiva edir. K.Menger, F.Vizer, E.Bem-Bek, U.Cevons, L.Varlas, V.Paretto, C.Klark, A.Marşall, C.Hiks, F.Hayek, C.Mid, R.Solou yeni klassik iqtisadi məktəbin əsas nümayəndələridir.