gototop gototop

Словарь

YANACAQ-ENERJİ KOMPLEKSİ - YEK

(ingiliscə - fuel and energy complex - yanacaq enerji kompleksi) enerji resurslarının hasilatı və onların müxtəlif enerji növlərinə çevrilməsini reallaşdıran istehsal və xidmət sahələri məcmusu. Enerji sistemi kimi anlayışla üst-üstə düşən YEK-ə karbohidrogenlər hasilatı (neft və qaz sənayesi), emalı, daş kömür və torf sənayesi, elektroenergetika və onunla bağlı saxlama, nəqletmə, təchizat infrastrukturu daxildir. Bir sıra ölkələrdə YEK-in əsas hissəsi dövlətə məxsusdur. Əksər ölkələrdə isə qarışıq kapital YEK-də əsas rol oynayır. Mühüm sosial-iqtisadi multiplikator rolunu ifadə edən, yüksək investisiya tələbliliyi ilə fərqlənən YEK-in hər bir ölkənin enerji təhlükəsizliyinin əsasında dayanan makroiqtisadi göstəricilərin formalaşmasında, sosial rifahın səviyyəsinin yüksəldilməsində əhəmiyyəti daim genişlənir. Hazırda dünya iqtisadiyyatında YEK-in investisiya tələbləri $1 trilyon həddindədir.