gototop gototop

Словарь

VALYUTA BAZARI

(ingiliscə - foreign exchange market, currency market - valyuta bazarı) - maliyyə bazarının tərkib hissəsi olaraq, xarici valyuta ilə alqı-satqı əməliyyatlarının və xarici valyutada qiymətli kağızlar üzrə əməliyyatların, həmçinin valyuta kapitalının investisiyalaşdırılması üzrə əməliyyatların həyata keçirilməsində təzahür edən iqtisadi münasibətlər sahəsi. Valyuta bazarında alıcının simasında tələb satıcının simasında təkliflə qarşılaşır. Valyuta bazarı bir tərəfdən banklar, brokerlər və digər maliyyə institutları arasında xarici valyuta alqı-satqısı zamanı vasitəçi kimi çıxış edən xüsusi mexanizmdir. Digər tərəfdən isə o, banklar və müştərilər arasında münasibətlərə xidmət edir. Valyuta bazarlarının iştirakçıları valyuta ilə əməliyyatlar həyata keçirən kommersiya və mərkəzi banklar, hökumət vahidləri, broker təşkilatları, maliyyə institutları, sənaye-ticarət firmaları və fiziki şəxslərdir.