Архив
Словарь
ÜDM-də ENERJİTUTUMU
(ingiliscə - energy intensity of GDP - ÜDM-də enerjitutumu) - hər vahid ÜDM-də yanacaq-enerji resurslarının məsrəfini ifadə edən makroiqtisadi göstərici. ÜDM-də enerjitutumu müvafiq dövr ərzində ölkənin istehsal və qeyri-istehsal sahələrində məsrəf olunan yanacaq-enerji resurslarının ÜDM-ə nisbəti ilə müəyyən olunur. Məsrəf edilən yanacaq-enerji resurslarının həcmi, əsasən, neftə ekvivalent götürülən şərti yanacaq üzrə hesablanır. Cöğrafi strukturda iqtisadiyyatlarında enerjitutumu böyük olanlar qismində xammal istehsalçısı ölkələri çıxış edirlər. İnkişaf etmiş ölkələrdə (əsasən də, həmin resursaları idxal edənlər) isə, bir qayda olaraq, bu resursların ÜDM-də payı daha az olur.