gototop gototop

Словарь

URBANİZASİYA

(latınca - urbanus - şəhərli) -  cəmiyyətin inkişafında şəhərlərin rolunun artması prosesi. Termini olaraq ilk dəfə xarici ədəbiyyatda 1867-ci ildə İspaniyada meydana gəlmişdir. Urbanizasiya əhalinin sosial-peşə, demoqrafik strukturunu, həyat tərzini, mədəniyyətini, məhsuldar qüvvələrin yerləşdirilməsini, məskunlaşması məsələlərini özündə birləşdirir. Əhali sayının və şəhərlərin ölçülərinin ekstensiv artması ilə müşaiyət olunan urbanizasiya prosesinin əksi ruralizasiyadır. Digər bir əks prosesi isə şəhər əhalisinin artımının məhdudlaşdırmasına istiqamətlənmiş nəzəri konsepsiya və təcrübi tədbir olan kontururbanizasiyadır. Urbanizasiyanın növbəti mərhələsi mərkəz-şəhərlərdən, həmçinin kənd yerlərindən əhalinin şəhərətrafı zonalara köçməsi ilə əlaqədar həmin şəhərətrafı zonaların artması və inkişafı prosesi olan suburbanizasiyadır.