gototop gototop

Словарь

UNECKO

(ingiliscə - UNESCO - The United Nations Educational, Scientific and Cultural Organization - Elm, TəhsilMədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatı) - BMT-nin elm, təhsil və mədəniyyət məsələləri üzrə təşkilatı. 1945-ci il noyabrın 16-da yaradılmışdır. UNESKO-nun bəyan etdiyi əsas məqsədlər təhsil, elm və mədəniyyət sahəsində dövlətlər və xalqlar arasında əməkdaşlığın genişlənməsi hesabına sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə kömək, insanların irq, cins, dil və ya din mənsubiyyətinə fərq qoyulmadan ədalət və qanunvericiliyə riayət edilməsi, BMT-nin Nizamnaməsində elan edilən insan hüquqlarına və azadlıqlarına hörmətin təmin edilməsidir. 1972-ci ildə UNESCO tərəfindən “Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya” qəbul edilmişdir. Hazırda təşkilatda 195 üzv-dövlət, 2 müşahidəçi-dövlət və xarici siyasət üçün məsuliyyət daşımayan ərazilər üzrə 9 assosiyasiya olunmuş üzv təmsil olunmuşdur. Təşkilatın tərkibinə dünyanın müxtəlif yerlərindən 60-dan artıq büro və bölmə daxildir. Mənzil-qərargahı Fransanın paytaxtı Paris şəhərində yerləşir.