Архив
Словарь
TRANZAKSİYALI RƏHBƏRLƏR
tabeliyindəkilərə qarşıya qoyulan tapşırıq və vəzifələri izah etməyi, işlək strukturlar yaratmağı bacaran, işçiləri qayğı göstərən, onların mükafatlandırılmasını, sosial ehtiyaclarının ödənilməsini təmin edən rəhbər tipi. Əməksevərlik, təmkinlilik, açıq düşüncəlilik, səmərəli fəaliyyət, müəssisə qarşısındakı öhdəliyi fədakarlıqla yerinə yetirmək, onun müəyyənləşdirdiyi qayda və normalara qüsursuz riayət etmək tranzaksiyalı rəhbərin səciyyəvi cəhətləridir.