gototop gototop

Словарь

TRANS-ADRİATİK BORU KƏMƏRİ, TAP

(ingiliscə - Trans Adriatic Pipeline - Trans-Adriatik Boru Kəməri) Azərbaycana məxsus “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə müvafiq konsorsium tərəfindən Azərbaycan qazının Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, oradan isə Qərbi Avropaya nəqli layihəsi. Uzunluğu 871 km (Yunanıstan 547 km, Albaniya 211 km, Adriatik tənizi 105 km, İtaliya 8 km). Məhsuldarlığı 10,0 miyard m3/il, boru diametri 1220 mm-dir. İnvestisiya dəyəri 4,5 milyard avrodur. TAP konsorsiumunda Almaniyanın E.O.N şirkəti 15%, Swissotel EGL şirkəti 42,5% və Norveçin “Statoil” şorkəti 42,5% paya malikdirlər. Layihə üzrə ildə orta hesabla 10 milyard m3 təbii qazın (20 milyard m3-dək artırmaq imkanı ilə) nəqli proqnazlaşdır. 17 may 2016-cı ildə Yunanıstanın Saloniki şəhərində təməlqoyma mərasimi olmuşdur. TAP layihəsi Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olaraq Bakıdan başlayıb İtaliyada başa çatır. Onun bir neçə qolunun da olacağı gözlənilr. Bolqarıstan-Yunanıstan qaz birləşməsi bu qolun bir hissəsidir.