gototop gototop

Словарь

AVUARLAR

1) bankların təqdimatı əsasında maliyyə əməliyyatları keçirilməsi üçün onun xarici müxbir banklarda xarici valyutadakı pul hesabları. Ölkənin, dövlətin xaricdəki vəsaitləri də avuarlar adlanır. Avuarların hesabına xaricdə ödənişlər həyata keçirmək və öhdəliklər üzrə ödəmələr aparmaq mümkündür; 2) ödənişlər aparmaq və pul öhdəlikləri üzrə ödəmələr həyata keçirmək imkanı verən istənilən pul, pul vəsaiti və qiymətli kağız forması (nağd və naqdsız pullar, çek, veksel, akkreditiv).