Архив
Словарь
TƏLƏB
alıcının müəyyən dövr ərzində hər hansı bir əmtəədən müəyyən qiymətdə və kəmiyyətdə əldə etmək arzusu və imkanı. Tələb alıcıların tədiyyə qabiliyyəti ilə məhduddur, o müəyyən pul vasitələri ilə təmin olunur və əhali lazımi hallarda həmin pul vasitələrini əmtəə və xidmətlərin alınması üçün sərf edir. Tələb istehsalla bilavasitə əlaqədar olduğundan istehsaldan əvvəl mövcud olmur.