gototop gototop

Словарь

TƏDİYƏ BALANSI, ÖDƏNİŞ BALANSI

(ingiliscə - balance of payments - tədiyyə balansı) - müəyyən dövr ərzində rezidentlərqeyri-rezidentlər arasında aparılmış bütün iqtisadi əməliyyatları əks etdirən statistik sistem. Tədiyə balansının tərtibi zamanı əldə rəhbər tutulan əsas prinsip ikili yazılış sistemidir. Bu prinsip ona əsaslanır ki, tədiyə balansında əks etdirilən istənilən əməliyyat xarakterindən, növündən asılı olmayaraq bərabər miqdarda iki dəfə qeyd olunur.