gototop gototop

Словарь

TETÇERİZM

(ingiliscə - Thatcherism - Tetçerizm) Böyük Britaniyada Baş nazir Marqaret Tetçerin (1979-1990) rəhbərliyi ilə aparılan, bazar mexanizmlərindən istifadədə korporatizmlə monetarizmin konsensusu əsasında keynsçi siyasi iqtisadı əvəzləyən iqtisadi və sosial siyasət. Bu siyasət əvvələr milliləşdirilmiş iqtisadiyyatın sahələrinin və müəssisələrin özəlləşdirilməsi, maliyyə-iqtisadi sferada monetarizm, sosial proqramların bağlanması, təhsil və səhiyyənin sosial sferasının özəlləşdirilməsi ilə müşayiət olunmuşdur. Tetçerizm konsepsiyası neoliberalizm və “şok terapiyası”nın sosial-iqtisadi anlayış və kateqoriyaları ilə sıx əlaqədardır. Terminin müəllifi britaniyalı jurnalist xanım Beatris Kembell (1947) hesab olunur.