gototop gototop

Словарь

TEXNOPOLİS

(yunanca - techne - sənət və polis - şəhər) innovasiya proseslərinin sürətləndirilməsi, texniki-texnoloji yeniliklərin tez və səmərəli tətbiqinə kömək məqsədi ilə yaradılan azad iqtisadi zona formalarından biri. Texnopolisin nüvəsini regional mərkəzlər təşkil edir və onlar dövlət tərəfindən dəstəklənirlər. Texnopolislərdə prinsipcə yeni məmulat və texnologiyaların, materialların və malların, həmçinin elmtutumlu məhsulların eskperimental, azseriyalı istehsalının işlənib hazırlanması həyata keçirilir. Azərbaycan Respublikasının “Elm haqqında” qanununda texnopolis - elmtutumlu yeni texnologiyaların və yüksək texniki səviyyəli məhsulların işlənib hazırlanması və istehsalata tətbiq edilməsi məqsədilə yaradılan çoxprofilli, inkişaf etmiş sənaye sahələrinə və infrastruktura, elmi tədqiqat və təhsil komplekslərinə, “beyin mərkəzlərinə”, zavodlara, firma və şirkətlərə, geniş və xüsusi güzəştli şəraitin yaradıldığı əraziyə malik olan elm-sənaye kompleksi və ya sənaye şəhərciyi olaraq təsbitini tapır.