gototop gototop

Словарь

TEXNOPARK

(ingiliscə - industrial park - sənaye parkı) innovasiyaların işlənməsi və kommersiyalaşdırılması üzrə əlverişli şərtlərin yaradılması məqsədilə elmi təşkilatların, ali məktəblərin və istehsal müəssisələrinin birləşdiyi ərazi. Azərbaycan Respublikasının “Elm haqqında” qanununda “texnopark - yeni texnologiyaların yaradılmasını və mənimsənilməsini, müasir avadanlıq, cihaz və qurğuların istehsalını və onların kommersiya əsasında reallaşdırılmasını kompleks şəkildə həyata keçirən qabaqcıl texnologiyalara malik struktur (ərazi) və ya hüquqi şəxs” olaraq təsbitini tapır.