gototop gototop

Словарь

ŞİST QAZI

(ingiliscə - shale gas - şist qazı, qaya qaz) yanar şistlərdən hasil edilən, üstün olaraq metadan ibarət təbii qaz növü. Şist yataqlarında ilk qaz buruğu 1821-ci ildə ABŞ-da “təbii qazın atası” sayılan Vilyam Hart tərəfindən qazılmışdır. Onun miqyaslı istehsalı isə 2000-ci illərin əvvələrində Devon Energy şirkəti tərəfindən ABŞ-da Barnett (Texas) yatağında başlanmışdır ki, bu hadisə də mətbuat tərəfindən “qaz inqilabi” kimi adlandırılmışdır. Hazırda dünyada şist qazının ehtiyatları 200 trilyon m3 hesablanır. Hasilat çətinlikləri, texnoji problemlər onun maya dəyərinin  təbii qazdan artıq olmasına gətirib çıxarır.