gototop gototop

Словарь

ŞENGEN ZONASI

(ingiliscə - Schengen area - Şengen zonası) - bir sıra Avropa dövlətlərinin ərazilərində gömrük-sərhəd nəzarətinin sadələşdirildiyi və insanların azad hərəkət etdiyi zonadır. Hazırda bu zona 26 Avropa dövlətini - Avstriya, Almaniya, İtaliya, Fransa, Belçika, Yunanıstan, Danimarka, İspaniya, İslandiya, İsveç, Polşa, Portuqaliya, Norveç, Finlandiya, Niderland, Çexiya, Lixtenşteyn, Lüksemburq, Latviya, Litva, Estoniya, Macarıstan, Malta, Sloveniya, Slovakiya və İsveçrənin əhatə edir. Avropa İttifaqının üzv ölkələrindən Böyük Britaniya, İrlandiya, Ruminiya, Bolqarıstan, Xorvatiya və Kipr Rüspublikası Şengen zonsaına daxil deyildirlər. İslandiya, Lixtinşteyn, Norveç və İsveçrə kimi Avropa İttifaqının üzvü olmayan ölkələr isə bu zonaya daxildirlər. Şengen zonası 14 iyun 1985-ci ildə 5 Avropaölkəsi - Belçika, Niderland, Lüksemburq, Fransa, Almaniya Federativ Respublikası arasında Lüksemburqun Şengen şəhərində gömrük-sərhəd nəzarətinin ləğv olunması haqqında imzalanmış “Şengen razılaşması”na əsaslanır. Bu razılaşma 26 mart 1995-ci ildə qüvvəyə minmişdir. Bununla da Şengen zonası ölkələri arasında sərhəd-yoxlama məntəqələri ləğv olunmuş və Şengen vizası almış turist və qonaqların zona daxilində sərbəst hərəkəti təmin edilmişdir.