gototop gototop

Словарь

ŞAQULİ İNTEQRASİYA OLUNAN ŞİRKƏT (ŞİŞ)

neft işində axtarış və kəşfiyyatdan son istehlakçıya - yanacaqdoldurma məntəqəsinədək tsikli əhatə edən konqlomerat təşkilat. ŞİŞ modeli əsasən neft sferasına aid edilsə də, müxtəlif varyasiyalarda digər korporasiyalara da aid edilir. İqtisadi və neft biznesi ilə bağlı ədəbiyyatlarda SİŞ-lərin ötən əsrin 30-cu ilərində təşəkkül tapdığı göstərilir. 1879-cu ildə Bakıda “Nobel qardaşları yoldaşlığı” Neft Şirkəti ilk ŞİŞ hesab olunur. 1882-ci ildə ABŞ-da “Standartoyl”un timsalında bu nümunə təkrar olunmuşdur. Bir çox xüsusiyyətlərinə görə ARDNŞ-də ŞİŞ təyinatlıdır.