gototop gototop

Словарь

AVROZONA

(ingiliscə - Eurozone - Avrozona) Avropa İttifaqının rəsmi valyutası avronun tətbiqi ilə bağlı, milli valyutası avro olan 19 dövləti – Avstriya, Almaniya, İtaliya (Kampione-d-İtaliya istisna olmaqla), Fransa (Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis və Futuna istisna olmaqla), Belçika, Yunanıstan, İrlandiya, İspaniya, Portuqaliya, Finlandiya, Niderland (Aruba, Kyupasao, Sint-marten, Niderlan Karibi istisna olmaqla), Lüksemburq, Latviya, Litva, Estoniya, Malta, Sloveniya, Slovakiya və Kipr Rüspublikasını (Şimali Türk Kipr Respublikası istisna olmaqla) birləşdirən valyuta birliyi. Bu dövlətlər avro və avro sentləri buraxmaq hüququna malikdirlər. Avrozona dövlətlərinin pul-kredit siyasətinə Avropa Mərkəzi Bankı cavabdehdir.