Архив
Словарь
(ingiliscə - Standard & Poor's Financial Services LLC - Standard və Purs Maliyyə xidmətləri MMC) - maliyyə xidmətləri göstərən “Standard & Poor's” reyniq agentliyi (beynəlxalq kredit agentliklərinin “böyük üçlüyünə” daxildir) tərəfindən hazırlanan kredit reytinqləridir. Standard & Poor's valyuta ehtiyatları və qiymətli kağızlara dair maliyyə tədqiqatı və təhlilini həyata keçirən McGraw-Hill Şirkətlər Qrupunun bir bölməsidir və onun məhsullarına kredit reytinqləri, kapital araşdırması, indekslər, risk həlli yolları, qiymətləndirmələr və məlumat xidmətləri daxildir. 1860-cı ildə təsis olunan bu şirkətin baş ofisi ABŞ-ın Nyu-York şəhərində yerləşir. Standard & Poor's, “BBB-“ və ondan yüksək kredit reytinqinə malik qiymətli kağızları investisiyaya münasib dərəcəyə (investment grade), “BB+” və ondan aşağı kredit reytinqinə malik qiymətli kağızları isə spekulyativ dərəcəyə (speculative grade) aid edir.