gototop gototop

Словарь

SOYUQ MÜHARİBƏ

(ingilicsə - cold war - soyuq müharibə) keçmiş SSRİ dövləti ilə onun müttəfiqləri və ABŞ dövləti ilə onun müttəfiqləri arasında 5 mart 1946-cı ildən 26 dekabr 1991-ci ilə kimi davam etmiş qlobal geosiyasi, hərbi, iqtisadi və ideoloji cəhbələşmə. Burada “müharibə” sözü şərtidir. Belə ki, əslində, ölkələr arasında real müharibə olmamışdır. “Soyuq müharibə”nin əsasında sosialist və kapitalist quruluşları arasındakı dərin ideoloji ziddiyyətlər dayanırdı. Bu zaman iki fövqəldövlət dünya nizamını öz ideologiyalarına uyğun qurmaq istəyirdilər. “Soyuq müharibə” ifadəsini ilk dəfə ingilis yazıçısı və publisisti Corc Oruel (1903-1950) 19 oktyabr 1945-ci ildə Böyük Britaniyanın həftəlik “Tribyun” məcmuəsində “Sən və atom bombası” məqaləsində işlətmişdir. Rəsmi olaraq isə bu ifadə ilk dəfə ABŞ prezidenti Harri Trumenin (1884-1972) məsləhətçisi Bernard Baruxun (1870-1965) 1947-ci il 16 apreldə Cənubi Karolina ştatında Nümayəndələr Palatası qarşısındakı çıxışında istifadə olunmuşdur. Soyuq müharibə fövqəldövlətlər arasında qütbləşməyə gətirmiş və bipolyarlıq yaratmışdır.