gototop gototop

Словарь

AVROPADA MİQRASİYA ÜZRƏ HÖKUMƏTLƏRARASI KOMİTƏ. AM

(ingiliscə - Intergovernmental Committee for European Migration, ICEM - Avropa Miqrasiya üzrə Hökumətlərarası Komitə, AMHK) - Qərbi Avropada miqrant hüquqlarının təminatı və müdafiəsi ilə əlaqədar fəaliyyət göstərən hökumətlərarası təşkilat. AMHK 1951-ci ildə ildə təsis edilmişdir. İlk adı “Miqrantların Avropadan hərəkəti üzrə müvəqqəti hökumətlərarası komitə” olmuşdur. Təşkilatın öncəki məqsədi II Dünya müharibəsi gedişində ilkin yaşayış yerindən məcburən köçmüş şəxslərə kömək etmək olmuşdur. Sonralar təşkilatın proqramları bütün dünya üzrə miqrantların problemlərini əhatə etməyə başlamış və 1989-cu ildə o, miqrasiya üzrə beynəlxalq təşkilata çevrilmişdir.