Архив
Словарь
(ingiliscə - Club of Rome - roma klubu) 1968-ci ildə pomada görkəmli ictimai xadim, Fiat konserninin rəhbəri və sonradan onun ilk prezidenti olmuş Aurelio Peççi (1908-1984) və IƏIT-in elm məsələləri üzrə baş direktoru Aleksandr Kinqin (1909-2007) təşəbbüsü ilə on ölkənin nümayəndələri tərəfindən yaradılmışdir. Roma Klubunun məqsədi dünya resurslarinin fiziki məhdudluğu ilə bağlı yaranan çətinliklərin elmi təhlilini aparmaq, ümumbəşəri kritik situasiyalarda “həyəcan təbili” səsləndirmək, “işlərin idraklı gedişinə” nail olmada ictimaiyyətə “qlobal tarazlığın” əldə edilməsində hansı ölçü və tədbirləri gerçəkləşdirmək yollarini göstərmək və habelə ümumilikdə problemin həllində müvafiq metodika verməkdir. Siyasi doktrinalar formalaşdirmayan elm, təhsil, ətraf mühit və iqtisadiyyatla bağli aktual məsələlər üzrə dialoqa çağiriş edən Roma Klubu bəşəriyyət qarşısında dayanan çətin problemlərin aşkarlanması və həlli strategiyasını işləmək missiyanı həyata keçirir. Klubun ştatı və rəsmi büdcəsi yoxdur. Fəaliyyəti 12 nəfərdən ibarət icraiyyə komitəsi tərəfindən koordinasiya olunur. Klubu həqiqi, fəxri və assosiasiyali üzvlər təmsil edirlər. Üzvlər arasında inkişaf etmiş ölkələrin elm və siyasət xadimləri üstünlük təşkil edir. “Qlobal düşün, lokal hərəkət et”, “yarı xərclərlə ikiqat verim” kimi prinsiplərə sahib Roma Klubun fəaliyyətinin əsas “məhsulu” onun prioritet qlobal problemlərə və bu problemlərin həlli yollarına həsr edilmiş məruzələridir. Klubun sifarişi ilə görkəmli alimlər 35-dən artiq məruzə hazırlamışlar. Mənzil-qərargahı Fransanin paytaxtı Paris şəhərində yerləşir.