Архив
Словарь
(ingiliscə - regional development banks - regional inkişaf bankları) Asiyada, Afrikada, Latın Amerikasının inkişaf etməkdə olan ölkələrində əməkdaşlığı genişləndirmək, müvafiq spesifik problemləri həll etmək üçün 1960-cı illərdə təsis olunmuş iri regional banklar. Belə banklar sırasında 1959-cu ildə yaradılmış, mənzil-qərargahı ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yerləşən İnter-Amerika İnkişaf Bankı (Inter-American Development Bank, İADB), 1963-cü ildə yaradılmış mənzil-qərargahı Kotd'İvuarun Abican şəhərində yerləşən Afrika İnkişaf Bankı, AfİB (African Development Bank, AfDB) və 1965-ci ildə yaradılmış, mənzil-qərargahı Filippinin paytaxtı Manila şəhərinə yerləşən Asiya İnkişaf Bankı (Asian Development Bank, ADB) xüsusi əhəmiyyət daşıyırlar. Bu banklar müvafiq regionların inkişaf layihələrinin regional birliklərin uzunmüddətli kreditləşməsi kimi vahid məqsədlərə xidmət edir. Regional inkişaf banklarında resursların formalaşmasının, sosial fondlara borc vəsaitlərinin cəlb edilməsinin eyni prinsipi müəyyən edilmiş və burada Dünya Bankı qrupu nümunəsi üzrə kredit siyasəti yeridilir.