gototop gototop

Словарь

REGİONAL İQTİSADİ İNTEQRASİYA

bir regiondakı ölkələrin iqtisadi resurslarının birləşdirilməsi. Müxtəlif tip və formalarda biruzə verir və əsasən iki tip - dövlətlərarası və özəl birbaşa kapital qoyuluşlarını ehtiva edən mikrosəviyyəli regional iqtisadi inteqrasiyanı fərqləndirlər. Dövlətlərarası iqtisadi inteqrasiya qarşılıqlı ticarətdə maneləri aradan qaldıran azad ticarət zonaları və maneəsiz qarşılıqlı ticarətlə yanışı, üçüncü ölkələrin rəqabətindən mühafizə edilən gömrük və vergi tədbirlərini nəzərdə tutan gömrük ittifaqlarını əhatə edir. Sonrakı mərhələdə dövlətlərarası iqtisadi inteqrasiya özünün inkişafı ilə ümumi hüquqi, iqtisadi-texniki ticarət şərtliliyində kapitalın, əmtəə və xidmətlərin azad hərəkəti əsasında birgə bazar birliyi yaradır. İnkişaf edən inteqrasiya prosesləri iqtisadi ittifaq iqtisadi və valyuta ittifaqının yarması ilə genişlənir. Müasir inteqrasiyanın bu beş pilləsini hələlik Avropa İttifaqı keçmişdir. Sovet İttifaqının süqutundan sonra onun ərazisində yaranmış Müstəqil Dövlətlər Birliyi - MDB də regional qruplaşmanın yeni bir nümunəsidir. Regional iqtisadi iteqrasiya nümusi olaraq Şimali Amerikada Azad Ticarət Haqqında Şimalı Amerika sazişi - NAFTA və vahid kömrük tarifləri ittifaqına çevrilmiş Merkosur qruplaşması çıxış edir. Regional iqtisadi inteqrasiya həmçinin Asiyada, Afrika və Latın Amerikası ölkələrində, nisbətən güclü formada islam təşkilatlarına daxil olan ölkələr arasında da özünü göstərməkdədir.