Архив
Словарь
PUL-KREDİT SİYASƏTİ və ya Monetar siyasət
qiymətlərin sabitləşdirilməsini, əhalinin məşğulluğunu və istehsalın real artımını təmin etmək məqsədi ilə dövriyyədə olan pul kütləsinə təsiretmə əsasında aparılan dövlətin iqtisadi siyasətinin vacib istiqaməti. Makroiqtisadi proseslər, ilk növbədə, inflyasiya, iqtisadi artım, işsizlik və s. pul-kredit siyasəti ilə tənzimlənir. Pul-kredit siyasəti Mərkəzi Bank tərəfindən reallaşdırılır. Bir qayda olaraq, Mərkəzi Bank tərəfindən reallaşdırılan pul-kredit siyasəti maliyyə sabitliyinə nail olmaq, onu qorumaq, milli valyuta kursunu möhkəmləndirmək və ölkənin tədiyə balansının dayanaqlığını təmin etmək istiqamətinə yönəldilir.