gototop gototop

Словарь

PUL İSLAHATI

milli valyutanın möhkəmləndirilməsi, pul tədavülünün pisləşməsinin qarşısının alınması və pul vahidinin stabilləşdirilməsi məqsədi ilə dövlət tərəfindən ölkənin pul sisteminin köklü şəkildə yenidən qurulması. Pul islahatlarının əsas formaları: nominal dəyəri saxlamaqla pul nişanlarının yeniləri ilə tam və qismən əvəzlənməsi; pul vahidlərinin iriləşdirilməsi formasında denominasiya; pul vahidlərinin iriləşdirilməsi, eyni zamanda, onların dəyişdirilməsi və hətta pul vahidinin dəyişdirilməsi formasında denominasiya; ölkənin pul vahidinin birdəfəlik devalvasiyası və ya revalvasiyası.