Архив
Словарь
PROTEKSİONİZM
(latınca - protectio - himayəçilik, müdafiə) iqtisadi himayəçilik. Milli biznesin xarici bazarlarda genişlənməsi şəraitinin yaradılması, xarici malın birbaşa və vasitəli məhdudlaşdırılmasının müxtəlif formalarından istifadə edilməklə milli iqtisadiyyatın sahələrini xarici rəqabətlərdən mühafizə məqsədi ilə aparılan siyasət. Xarici ticarətdə proteksionizm ideyası merkantilistlər tərəfindən hələ XV-XVII əsrlərdə formalaşmışdır.