gototop gototop

Словарь

AVROPA ENERJİ XARTİYASI

(ingiliscə - European Energy Charter - Avropa Enerji Xartiyası) əsasən, istehsalçılarla ikinci eşolonda olan istehlakçılar arasında müqavilə olaraq enerjidaşıyıçılarının satışı sahəsində niyyət bəyənnaməsidir. 1991-ci ilin dekabr ayında Niderlandın paytaxtı Haaqa şəhərində 54 ölkənin işrirakı ilə qəbul olunmuş və siyasi bəyat olaraq 1998-ci ildə qüvvəyə minmişdir. Hazırda Xartiyaya Azərbaycan da daxil olmaqla 67 ölkə və iki beynəlxalq təşkilat qoşulmuşdur. Burada OPEK ölkələri iştirak etmirlər. Avropa Enerji Xartiyasi siyasi bəyannamə olduğundan onun normaları deklarativ xarakter daşıyır və heç bir huquqi öhdəlik yaratmır. O, etibarlı və dayanıqlı iqtisadi inkişaf əsasında energetika sahəsində ümumi maraqları nəzərə almaqla, beynəlxalq əməkdaşlığın bazasını təşkil edən prinsipləri müəyyən edir. Avropa Enerji Xartiyasi əsasında Energetika Xartiyası Müqaviləsi hazırlanmışdır. Energetika Xartiyası Müqavilasi mövcud beynəlxalq hüquq çərçivəsində energetikaya xarici sərmayələrin qoyuluşunun təşviqi və qorunması, energetika materiallarının sərbəst ticarəti, boru kəmərləri və energetika şəbəkələri vasitəsilə enerjinin sərbəst tranziti, enerjinin dövrü zamanı atraf mühitə mənfi təsirinin azaldılması məsələlərini, о cümlədən dövlətlərarası və ya sarmayəçi ilə dovlət arasında mübahisələrin həlli mexanizmlərini tənzimləyir. Müqavilə enerji əməkdaşlığı üzrə hökumətlərarası sazişdir və Avropa Enerji Xartiyasından fərqli olaraq Sazişi imzalamış tərəflər arasında hüquq və öhdəliklər yaradır. Müqaviləyə görə, istehsalçı ölkələr istehlakçı ölkələrdə baş verəcək enerji böharında çatışmayan hissənin konpensasiyasını həyata keçirməlidirlər. Avropa Enerji Xartiyası enerji sektorunda hökumətlərarası əməkdaşlığın yeganə sazişi kimi çıxış edir. O, axtarış-kəşfiyyat işlərindən son istehlaka qədər bütün enerji istehsal-satış həlqəsini, energetika məhsullarını və onunla bağlı energetika avadanlıqlarını əhatə edir. Onun əsas məqsədi üzv hökumətlərin energetika sahəsində investisiya və ticarət risklərini miniuma endirmək üçün vahid qaydalar məkanı yaratmaqla energetika məsələləri ilə bağlı bütün hüquqi normaları möhkəmləndirməkdən ibarətidir. Avropa Enerji Xartiyasi coğrafi baxımından Avstraliya, Şimali va Cənubi Amerika, Afrika, Avrasiya və digər dovlətləri əhatə etdiyindən yeni “Beynalxalq Energetika Xartiyasi üzra Nazirlər Konfransınının (Haaqa II) Yekun Sənədi”nin imzalanmasi zərurəti yaranmışdır. Bu məqsədlə 2015-ci ilin may ayında ВМТ-nin yarıdan çox üzv dövlətlərin iştirakı ilə Beynəlxalq Energetika Xartiyasi üzrə Nazirlər Konfransı (“Haaqa II”) keçirilmiş və həmin Konfransda qeyd olunan Yekun Sənədi 70-dan artıq dövlət imzalamışdır.