Архив
Словарь
PNEVMATİK POÇT
(yunanca - pneumatikós - havali) boru kəmərlərində hava axınları ilə sənədlərin, kiçik predmetlərin yerdəyişməsini təmin edən pnevmatik nəqliyyatın ayrıca növü. Pnevmatik poçt rabitə müəssisələrində, kitabxanalarda, banklarda sənədlərin, xəstəxanalarda dərmanların, həmçinin digər müəsissələrdə detal və alətlərin gondərilməsində tətbiq olunur. İlk dəfə 1853-cü ildə London teleqrafinda 100 metr uzunluğunda məsafədə təcrübədən keçirilən pnevmatik poçt hazırda da aktuallığını saxlayır.