Архив
Словарь
PARADİQMA
(yunanca - paradeigma - nümunə) bütün elmi cəmiyyətlər tərəfindən eyni və ya digər zaman mərhələsində qəbul edilən və yeni elmi tədqiqatlara əsas və nümunə funksiyasında xidmət göstərən elmi nailyyətlər məcmusu. O, elmi inkişafı və elmi yaradıcılığın varisliyini təmin edir. “Paradiqma” anlayışı Amerika tarixçisi Tomas Kunun (1922-1996) 1962-ci ildə nəşr etdirdiyi “Elmi inqilabların strukturu” əsərindən götürülmüş və yayılmışdır.