Архив
Словарь
ORTA UZUNÖMÜRLÜLÜK
(ingiliscə - life expectancy - orta uzunömürlülük) doğumla ölüm arasında interval olub, ölüm yaşına bərabər hesablanan demoqrafik göstərici. Müasir dövrdə maksimal ömür 85 il, minimal isə 25 il standart götürülür. Uzunömürlülüyə sosial və siyasi kataklizmlər, əhalinin həyat səviyyəsi, cəmiyyətin təbəqələşməsi, xəstəliklər, doğumun aşağı düşməsi və ölümün səviyyəsi təsir edir. Ona görə də insan həyatının bütün sferalarında minimal sarsıntılarla zəngin ölkələrə uzunömürlülüyün yüksək səviyyəsi xasdır. Əksinə, zəif inkişaflı infrastrukturu, aşağı gəlirlilik, həmçinin yaxşı inkişaf etməmiş səhiyyə sistemi olan ölkələr çox vaxt uzunömürlülüyün aşağı səviyyəsinə malik olurlar.