gototop gototop

Словарь

AVRASİYA İQTİSADİ İTTİFAQI

(ingiliscə - Eurasian Economic Union - Avrasiya Iqtisadi Ittifaqi) - üzv-dövlətlər - Rusiya, Belarus, Qazaxıstan və Ermənistanın təmsil olunduğu beynəlxalq hüquq subyektivliyinə malik Avrasiya İqtisadi İttifaqı haqqında müqavilə ilə 2014-cü ildə təsis edilmiş beynəlxalq regional iqtisadi inteqrasiya təşkilatıdır. Milli iqtisadiyyatların hərtərəfli modernləşdirilməsi, kooperasiyası və rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və üzv-dövlətlərin sabit inkişafı və əhalilərinin yaşayış səviyyəsinin yüksəldilməsi üçün şərait təmin olunması məqsədilə yaradılmışdır İttifaq iqtisadiyyatın sahələrində malların, həmçinin xidmətlərin, kapitalın və işçi qüvvəsinin hərəkət azadlığı, koordinasiya edilmiş, razılaşdırılmış və ya vahid siyasətin yeridilməsi təmin edilir. Avrasiya Iqtisadi Ittifaqinın sələfi Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın birləşdirən 2001-2014-cü illərdə fəaliyyət göstərmiş Avrasiya Iqtisadi Birliyi olmuşdur. Avroasiya İqtisadi İttifaqının Belarus, Qazaxıstan, Rusiya, Qırğızıstan və Erministanın birləşdiyi vahid gömrük ərazisində ticarət-iqtisadi inteqrasiya forması olan Gömrük İttifaqı vardır. Bu İttifaq 2010-cu ildə Rusiya, Belorus və Qazaxıstan tərəfindən imzalanmış vahid gömrük məkanın yaradılması haqqında dövlətlərarası müqavilə əsasında yaradılmışdır. İtiifaq sıərədləri daxilində xüsusi mühafizə, antidempinq və kompensasiya tədbirləri istisna olmaqla iqtisadi xarakterli məhdudiyyətlərə yol verilmir və gömrük rüsumları tətbiq edilmir. Bununla belə, üzv dövlətlər ücüncü ölkələrlə ticarətdə digər tənzimləmə tədbirləri görür və vahid gömrük tarifləri tətbiq edir.